"Barselona"nın prezidenti Bakıya gəlir - iki səbəbə görə

12:16 - 28 Fevral 2025

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportanın bu gün Azərbaycana gələcəyi gözlənilir.

Sportal.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri iddia irəli sürüb.

Səfərin məqsədi Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması, eləcə də yeni investorların tapılmasıdır. Bununla bağlı Laportanın Bakıda iş adamı Adnan Əhmədzadə ilə görüşü gözlənilir. Bildirilir ki, azərbaycanlı iş adamı ölkədə həll olunmaq ehtimalı yüksək klubun iqtisadi məsələlərində əsas rol oynaya bilər.

Xatırladaq ki, Laporta Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası üçün noyabrda Bakıya səfər etmişdi. 

Xəbər xətti