Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu, “Radomyak”a keçən Renat Dadaşov haqda yazıb.
Sportal.az xəbər verir ki, "Frankfurter Rundschau" nəşri Renatla bağlı bunları qeyd edib:
"2017-ci ilin mayında Renat Dadaşov ilk peşəkar müqaviləsini imzaladığı “Ayntraxt”a qayıtmışdı. Dadaşov istedadına baxmayaraq, əsas komandaya düşə bilmədi və növbəti ilin martında onunla yollarını ayırdılar. “Ayntraxt”dakı çıxışından sonra Dadaşovun keçdiyi yol onu böyük futbol dünyasına apardı. O, 2018/2019 mövsümündə Portuqaliyanın ikinci liqasında çıxış edən "Eştoril" klubunda çıxış edib, daha sonra karyerasını İngiltərə, İsveçrə və Türkiyədə davam etdirdi. İndi növbəti addım Polşadır. Rüdeshaymda anadan olan 25 yaşlı hücumçu Azərbaycan millisində çıxış edir və bu komandada 34 oyun keçirib, 4 dəfə fərqlənib. O, "Radomyak"la mövsümün sonuna kimi müqaviləni daha bir il uzatmaq imkanı ilə imzalayıb. Polşa klubuna transfer Dadaşovun karyerasını canlandırmaq və Ekstraklasada möhkəmlənmək üçün fürsət ola bilər".
saytlarin hazirlanmasi