"Mançester Siti" Portuqaliya millisinin üzvünü transfer etmək istəyir

16:11 - 28 Fevral 2025

"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Edersonu əvəz edəcək qolkiper axtarır.

"Şəhərlilər"in əsas hədəfi "Portu"da çıxış edən Dioqo Koştadır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Mançester Siti" 25 yaşlı "əlcək sahibi"ni yayda ttransfer etmək üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Dioqo Koşta "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində 34 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti