"Atalanta"nın hücumçusu Ademola Lukman yayda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə problem yaşayan nigeriyalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Liverpul" Lukmanı heyətinə qatmaq istəyir. Mersisayd təmsilçisi 27 yaşlı forvardı mövsümün sonunda müqaviləsi başa çatan Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür.
Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dən transfer edib. Nigeriya millisinin üzvü cari mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi