Qvardiola "Mançester Siti"ni tərk etməyə hazırlaşır

20:33 - 24 Fevral 2025

Xosep Qvardiola "Mançester Siti"ni tərk edərək Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az “El Nacional”a istinadən xəbər verir ki, ispan mütəxəssis baş məşqçisi bu haqda ciddi-ciddi düşünür.

54 yaşlı məşqçinin Səudiyyə Ərəbistanı klublarından birindən sərfəli təklif aldığı və bunu dəyərləndirmək niyyətində olduğu bildirilir.

Ərəblər ona “Mançester Siti”də qazandığından bir neçə dəfə artıq maaş təklif edib. Qvardiola 2016-cı ilin yayından “şəhərlilər”ə rəhbərlik edir. Onun İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti