Bu gün "Qalatasaray" - "Fənərbaxça" matçı keçiriləcək

11:12 - 24 Fevral 2025

Bu gün Türkiyə Super Liqasında XXV tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, "Qalatasaray" "Fənərbaxça"nı qəbul edəcək. İstanbul derbisinə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

“Qalatasaray” 24 turdan sonra 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla ikinci pillədədir.

Türkiyə Super Liqası
XXV tur

24 fevral

21:00 "Qalatasaray" -  "Fənərbaxça"
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
“Rams Park”

Xəbər xətti