Türkiyə millisinin üzvü İtaliya klubuna keçə bilər

13:22 - 24 Fevral 2025

Türkiyə millisinin və “Borussiya”nın yarımmüdafiəçisi Salih Özcan karyerasını İtaliya klubunda davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Torino”nun transfer siyahısında yer alıb.

Turin təmsilçisi Özcan üçün “Borussiya”ya rəsmi təklif göndərib. Transferin mövsümün sonunda reallaşacağı gözlənilir. 

Özcan “Köln”, “Holşteyn Kil”də oynadıqdan sonra 2022-ci ildə “Borussiya”ya keçib. O, hazırda “Volfsburq”da icarə əsasında oynayır.

Salihin Dortmund klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti