Renat Dadaşov Polşa klubu ilə müqavilə imzaladı - RƏSMİ

15:34 - 24 Fevral 2025

"Ankaragücü"dən ayrılan Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu karyerasını Polşada davam etdirəcək.

25 yaşlı forvard "Radomyak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Renatla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Klub istəsə, sözləşmənin müddətini uzada bilər.

Xəbər xətti