"Neftçi" - "Kəpəz" matçının biletləri satışda

18:37 - 24 Fevral 2025

Azərbaycan Kuboku 1/4 final mərhələsinin “Neftçi” – “Kəpəz” cavab matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../neftci-pfk-kepez-pfk-kubok/144917

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması 28 fevral tarixində saat 19:30-da start götürəcək.

Xəbər xətti