19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində son oyununu keçirib.
Sportal.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz üçüncü matçında Monteneqro yığması ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşmada Monteneqro seçməsi 2:1 hesablı qələbə qazanıb. Millimizin heyətində qolu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.
Qeyd edək ki, U-19 qrupdakı ilk iki oyununda Şimali İrlandiya və Albaniya komandalarına eyni hesabla (0:4) məğlub olub.
saytlarin hazirlanmasi