Bu gün Misli Premyer Liqasının 24-cü turunda əlverişsiz hava şəraitinə görə təxirə salınan “Zirə” - “Kəpəz” matçı keçirilib.
Sportal.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
XXIV turdan təxirə salınmış oyun
24 fevral
"Zirə" – "Kəpəz" 2:0 (İkinci hissə)
Qol: Rafael Utziq, 62, Rüstəm Əhmədzadə, 90+2
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu