Rusiya mətbuatı "Şamaxı"nı "Fakel"ə dəyişən forvard barədə: "Xilaskar kimi dəvət edilib"

13:47 - 24 Fevral 2025

Rusiya mətbuatı “Şamaxı”nı “Fakel”ə dəyişən Belajdi Pusinin transferini şərh edib.

Sportal.az xəbər verir ki, “football24.ru” “Voronejlilər təhlükədədir: turnir cədvəlinin son pilləsindən bir xal uzaqdadırlar. Pusi hazırkı vəziyyətdə xilaskar kimi dəvət olunub. Maraqlı soyadlı alban hücumçu "Şamaxı"dan 100 min avroya transfer edilib. 2024/2025 mövsümündə Belajdi 22 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə verib. O, həmçinin 8 dəfə sarı vərəqə ilə cəzalandırılıb. 27 yaşlı forvard karyerasının son iki ilini Azərbaycanda keçirib”.

Xəbər xətti