Dadaşovun "Radomyak"la imzalayacağı müqavilə müddəti bəlli oldu

11:46 - 24 Fevral 2025

Azərbaycanlı hücumçu Renat Dadaşov və Polşanın "Radomiak" futbol klubu arasında müqavilənin müddəti açıqlanıb.

Sportal.az “Weszło” portalına istinadən xəbər verir ki, tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb.

Tərəflər arasında müqavilə müddətinin artırılmasına dair bənd də var.

Son klubu "Ankaragücü" olan Dadaşov artıq Polşadadır. Ötən şənbə günü o, yeni komandasının Ekstraklasa-nın 22-ci turunda “Legiya” ilə oyununa (3:1) tribunadan baxıb. Daha əvvəl onun transferini "Radomyak"ın baş məşqçisi João Henrikes açıqlamışdı. Onu da əlavə edək ki, “Radomyak”da daha bir azərbaycanlı futbolçu Rahil Məmmədov çıxış edir.

Xəbər xətti