FIFA-dan Super Liqa klubuna növbəti xal silinmə cəzası

19:18 - 25 Fevral 2025

FIFA Türkiyənin "Adana Demirspor" klubuna növbəti dəfə ağır cəza verib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin 6 xalı silinib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Bu cəzadan sonra "mavi şimşəklər"in xalı -3-ə düşüb.

"Adana Demirspor" cari mövsümdə üçüncü dəfədir ki, xal silinmə cəzası ilə üzləşir. Bir mddət əvvəl FIFA kluba 3 xal silinmə cəzası vermişdi. "Qalatasaray"la oyunda meydanı tərk etdiyi üçün Adana təmsilçisinə TFF də eyni cəzanı verib.

Xəbər xətti