İngiltərə millisinin qapıçısı sabiq komandasına qayıdır

12:22 - 25 Fevral 2025

İngiltərə millisinin qapıçısı Aron Ramsdeyl "Sauthempton"u tərk edə bilər.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Çelsi"yə məxsus olan Kepa Arrizabalaqa əvəzləyici tapmaq üzərində işləyən "Bornmut" Aronla danışıqlara başlayıb.

Ramsdale artıq 2017-ci ildən 2020-ci ilə qədər "Bornmut"un qapısını qoruyub. Hazırda tərəflər arasında ilkin razılıq olub.

İngiltərə millisinin 26 yaşlı qolkiperi karyerası ərzində "Şeffild Yunayted”, “Bornmut”, “Çesterfild”, “Arsenal”da çıxış edib. Onun sabiq komandasına qayıtmağa daha müsbət yanaşdığı iddia edilir. 

Xəbər xətti