"Qarabağ"da şans görməyən qapıçı PAOK-a keçir

13:47 - 25 Fevral 2025

"Qarabağ"ı tərk etdikdən sonra "Panserraikos"a keçən Luka Quqeşaşvili komandasını dəyişməyə yaxındır.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, gürcü qolkiper PAOK-un transfer siyahısındadır.

Saloniki təmsilçisi artıq Quqeşaşvilini transfer etmək üçün "Panserraikos"la razılıq əldə edib.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"ın qapısını qoruyub, amma çox da şans görmədiyi üçün komandadan ayrılıb. 25 yaşlı qapıçı 2026-cı il iyunun 30-na qədər "Panserraikos"a məxsusdur.

Xəbər xətti