FIFA Türkiyənin "Sivasspor" klubuna transfer qadağası tətbiq edib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 3 transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
"Sivasspor"un ağır cəzaya məruz qalmasının səbəbi keçmiş futbolçilarına olan borclarıdır.
Qeyd edək ki, "Sivasspor" Super Liqada 25 tiurdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi