İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
"Roma" evdə “Montsa” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bu görüşdə rəqibini 4:0 hesabı ilə məğlub edib.
Hazırda 57 xala malik “İnter” vahid liderdir. "Roma" 40 xalla 9-cu pillədədir, "Monza" 14 xalla sonuncudur.
"Roma" - "Montsa" 4:0
Qollar: Salemakers, 10. Şomurodov, 32. Anxelinyo, 73. Kristante, 88