Türkiyə Kubokunda qrup mərhələsinin 3-cü - sonuncu turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Beşiktaş" səfərdə "Antalyaspor"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Keçirdiyi 3 oyunun hamısında qalib gələn "Beşiktaş" qrupliderli kimi pley-offa yüksəlib. 3 xalı olan "Antalyaspor" isə qrupda qalıb.
"Antalyaspor" - "Beşiktaş" 1:2
Qollar: Miloşeviç, 64 - Kenni Arroyo, 10, Rafa Silva, 76