"Qırmızı şeytanlar" 75 milyon avro ödəməyə hazırdır

22:44 - 25 Fevral 2025

Qalatasaray"da icarə əsasında oynayan Viktor Osimhen yeni mövsümdə "Mançester Yunayted"ə transfer olacaq.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "Business Day" yayıb.

Mənbənin məlumatına əsasən, hücümçunun transferi 95 faiz tamamlanıb. "Qırmızı şeytanlar" onun transferi üçün 75 milyon avro ödəyəcək. Osimhen 2024/25 mövsümünün sonunda "Napoli"yə qayıdacaq və ardından transferi rəsmiləşdiriləcək.

Xəbər xətti