"Araz-Naxçıvan"ın zədəli futbolçuları komandaya qoşuldu

19:53 - 26 Fevral 2025

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə" ilə qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, məşqdən əvvəl keçirilən iclas zamanı Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib, faciə ilə bağlı futbolçulara məlumat verilib. Zədəli futbolçulardan Bəxtiyar Həsənalızadənin ardınca Ömər Buludov da komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda "Araz-Naxçıvan" 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Xəbər xətti