"Şerif"in yarımmüdafiəçisi "Qalatasaray"a keçə bilər

18:51 - 26 Fevral 2025

"Şerif"in yarımmüdafiəçisi Mussa Kiabu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" malili futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Bein Sports" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi artıq 26 yaşlı dayaq yarımmüdafiəçisi ilə danışıqlara başlayıb. "Qalatasaray" mövsümün sonunda Moldova klubu ilə müqaviləsi başa çatan oyunçu ilə tez bir zamanda razılıq əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mussa Kiabu 2021-ci ilin mart ayından "Şerif"də çıxış edir. Mali millisinin üzvü olan futbolçu bu mövsüm Tiraspol təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti