PFL rəsmisi "Panatinaikos" - "Fiorentina" matçına təyinat aldı

17:26 - 26 Fevral 2025

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 6-da keçiriləcək “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Afina Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti