Ukrayna klubu Azərbaycan millisinin üzvünü istədi – seçimini başqa cür etdi

13:18 - 26 Fevral 2025

Ukraynanın “Obolon” klubunun baş məşqçisi Sergey Şişşenko bildirib ki, komandası bu qış “transfer pəncərəsi”ndə heyətini Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevlə gücləndirməyi planlaşdırırmış.

Sportal.az xəbər verir ki, “спорт.ua” portalına danışan Ukrayna klubunun çalışdırıcısı Mustafayevlə bağlı bunları deyib:

“Biz komandamızı konkret yollarla gücləndirmişik və iki oyunçu ilə danışıqlar aparmışıq. Mövqelərimizi daha da gücləndirmək istəyirdik. Bunun üçün Emil Mustafayevi düşünürdük. O, burada, “Obolon”da olmaq istəyirdi. Lakin sonda “Çernomorets”ə keçdi. Emil özü də, bizim komandada oynamaq istəyirdi, ancaq başqa yerdədir”.

Əlavə edək ki, Emil müqavilə ilə "Polessye"yə məxsusdur. O, bu qış "Çernomorets"ə altı aylıq icarəyə verilib.

Xəbər xətti