"Liverpul” Endryu Robertsonun əvəzinə futbolçu tapıb.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Nyukasl”ın 20 yaşlı müdafiəçisi Luis Hollu transfer etməyi düşünür.
Arne Slot yay “transfer pəncərəsi”ndə gənc ingilis futbolçunun transferini reallaşdırmağı planlaşdırır.
Hazırda danışıqlara start verilib. İngilis futbolçu 2024-cü ilin iyulunda "Çelsi"dən "Nyukasl"a keçib. Holl ötən il İngiltərə millisində də debüt edib.
saytlarin hazirlanmasi