"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzianın növbəti mövsümə harada başlayacağı futbolsevərləri maraqlandıran əsas məqamlardan biridir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq 30 yaşlı futbolçu yeni sözləşmə ilə bağlı klubu ilə danışıqları davam etdirir. Rəhbərlik Əlcəzair millisinin üzvünə müəyyən şərtlər fonunda anlaşmanın 2 il müddətinə uzadılmasını təklif etsə də, Yassin indilik qarşı tərəfə "hə" deməyib.
Təcrübəli orta xətt oyunçusu bölgə təmsilçisi ilə başqa klublardan daha cəlbedici çağırış almayacağı halda, anlaşma yeniləmək niyyətindədir. Bu da var ki, "Qarabağ"ın ona olan münasibətindən razı qalan Yassin digər təkliflərlə ağdamlıların ortaya qoyduğu şərtlər arasında böyük fərq olmayacağı təqdirdə, müəyyən qazancdan keçərək Qurban Qurbanovun rəhbərliyi altında oynamaq variantını seçəcək. Qeyd edək ki, cari mövsüm "köhlən atlar"ın forması ilə bütün turnirlərdə 36 matça çıxan Benzya 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.(fanat.az)
saytlarin hazirlanmasi