"Mançester Siti"də Haaland müəmması

00:49 - 26 Fevral 2025

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın "Tottenhem"lə qarşıdakı Premyer Liqa oyununda Erlinq Haalandın iştirakının hələ də məlum olmadığını bildirib.

Sportal.az xəbər verir ki, Premyer Liqanin 25-ci turunda "Nyukasl"la matçda dizindən xəsarət alan forvardın zədəsi davam edir.

Qeyd edək ki, mövsüm ərzində bütün turnirlərdə 27 qol vuran norveçli hücumçu zədə səbəbindən son turdakı "Liverpul" la (0:2) görüşün iştirak ərizəsinə daxil edilməyib. Hazırda "şəhərlilər" turnir cədvəlində 44 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti