"Kəpəz" "Neftçi" ilə matça itkilərlə çıxacaq

15:50 - 28 Fevral 2025

"Kəpəz" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Neftçi"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Rauf Hüseynli cəzalı, Mahamadu Ba isə zədəli olduğundan matçı buraxacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması bu gün saat 19:30-da "Neftçi Arena"da baş tutacaq. Komandalar arasındakı ilk görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti