"Aston Villa" 20 yaşlı hücumçu üçün 50 milyon avro təklif edəcək

20:23 - 28 Fevral 2025

"Portu"nun hücumçusu Samu Aqehova karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

İngiltərə klubu Aqehova üçün "Portu"ya 50 milyon avroluq təklif göndərəcək. 20 yaşlı forvardla "Arsenal" da maraqlanır.

Qeyd edək ki, "Portu" Samu Aqehovanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü olan gənc hücumçu "əjdahalar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti