Azər Bağırov: "Səhvləri minimuma endirməliyik"

21:35 - 28 Fevral 2025

"Kəpəz" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandamızın yanında idilər. Bu, gələcək oyunlar üçün motivasiyadır. Maraqlı oyun keçdi. Qollarımızı vura bilmədik. "Neftçi" ilə matçlarda şanssızlıq anları çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq.

- Növbəti matçda da "Neftçi" ilə oynayacaqsız. Bu gün növbəti oyun üçün material yığa bildiz?

- Material hər bir oyunda var. Bu mövsüm dörd dəfə "Neftçi" ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur.

Mirbağırağa

Xəbər xətti