Harri Keyn 1-ci, Mbappe isə... Ən yaxşı mərkəz hücumçularının siyahısı

00:05 - 1 Mart 2025

Böyük Britaniyanın "FourFourTwo" jurnalının reytinqinə görə, "Bavariya" və İngiltərə millisinin oyunçusu Harri Keyn dünyanın ən yaxşı mərkəz hücumçusu seçilib.

Sportal.az xəbər verir ki, ikinci yerdə "Nyukasl"ın futbolçusu Aleksander İsak, üçüncü yerdə isə "Barselona"nın hücumçusu Robert Levandovski qərarlaşıb.

İlk onluğa daxil olanlar:

  1. Harri Keyn, "Bavariya".

  2. Aleksander İsak, "Nyukasl".

  3. Robert Levandovski, "Barselona".

  4. Erlinq Haland, "Mançester Siti".

  5. Kilian Mbappe, "Real".

  6. Viktor Dyökereş, "Sportinq".

  7. Lautaro Martinez, "İnter".

  8. Viktor Osimhen, "Qalatasaray".

  9. Xulian Alvares, "Atletiko".

  10. Olli Uotkins, "Aston Villa".

Xəbər xətti