Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və "Neftçi" yarımfinalda - YENİLƏNİB

21:22 - 28 Fevral 2025

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Sportal.az xəbər verir ki, günün ilk görüşü "Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçirilib. Naxçıvan təmsilçisi 2:0 hesablı qələbə qazanaraq yarımfinala adını yazdırıb.

Yarımfinala vəsiqə qazanacaq son komanda isə "Neftçi Arena"da bəlli olub. İkinci görüşdə də qalib gələn "Neftçi" yarımfinala yüksəlib.

Azərbaycan Kuboku 
1/4 final, cavab oyunları

28 fevral

16:00 "Zirə" – "Araz-Naxçıvan" 0:2
Qollar:
Felipe Santos, 3 (pen), 45 (pen)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
İlk oyun 0:1
Zirə İdman Kompleksinin stadionu

19:30. “Neftçi” – “Kəpəz” 1:0
Qol: 
Bassala Sambu, 27
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
"Neftçi Arena"
İlk oyun - 2:0.

Xəbər xətti