"Qarabağ"ın legioneri: "Heç bir təklif yoxdur, zaman hər şeyi göstərəcək" - MÜSAHİBƏ

11:16 - 28 Fevral 2025

"Qarabağ"ın futbolçusu Patrik Andrade Sportal.az saytına müsahibə verib. Ağdam klubunun futbolçusu komandasının performansından və yeni sezon “Qarabağ”da qalıb-qalmayacağından danışıb.

- "Qarabağ" "Səbail"lə görüşdə qələbə qazanmağı bacardı. Görüş sizin üçün asan keçdi?

Bu matça yaxşı hazırlaşmışdıq. Biz istənilən görüşdə qələbə qazanmaq üçün oynayırdıq. Soyuqda çox yaxşı oyun alındı. "Səbail"lə görüşdə yenidən qələbə qazandıq. Vacib olan da bu idi. Yarımfinala vəsiqə qazanmağı bacardıq. Düşünürəm ki, hər kəs xoşbəxtdir.

- "Qarabağ"ın "qızıl dubl" etmək ehtimalı nə qədərdir? Ötən mövsüm bunu reallaşdırmışdınız...

Biz oyundan-oyuna düşünürük. "Səbail"lə görüş başa çatdı, geridə qaldı. Biz qarşıdakı matça fokuslanacağıq. Yavaş-yavaş irəliləyirik. İrəlilədikcə də, kuboku qazanmaq haqda düşünürük. Növbəti oyunumuz Premyer Liqadadır. Həmin görüşə hazırlaşacağıq.

- "Qarabağ" üçün daxili turnirlər ötən mövsüm çətin idi, yoxsa bu mövsüm?

Hər zaman çətindir. Premyer Liqada çox yaxşı oyunlara sahib, yaxşı komandalar var. Çempionat və kubok da asan alınmır. Ötən mövsümün, yoxsa bu mövsümün daha çətin olduğunu demək də çox çətindir. Hansısa müqayisə aparmaq istəməzdim. Onu bilirəm ki, hər mövsüm fərqli olur. Amma bizim hədəfimiz heç vaxt dəyişmir. Qalib gəlmək haqda düşünürük.

- Julio Romao "Qarabağ"dan ayrılaraq "Ferentsvaroş"a keçib. Kadi Borges isə "Qarabağ"a qayıtdı. Bunlarla bağlı hansı fikirdəsən?

Dəyişiklik hamı üçün hər zaman çətindir. Mənim üçün də, Romao üçün də. Kadi Borges üçün də asan deyil. Hər halda, komandadan gedən dostumu idi. Düşünürəm ki, özü qərar verdiyi kimi daha yaxşı liqaya getdi. Ona uğurlar arzulayıram.

- Klubla müqavilə müddətin mövsümün sonunda başa çatacaq. Komandada qalmağı planlaşdırırsan?
Bəli, mövsümün sonunda müqaviləm başa çatacaq. İndi qarşıdakı oyunlara fokuslanmışam. Meydana çıxdığım hər görüşdə "Qarabağ"a kömək olmaq istəyirəm. Yayda müqaviləm başa çatdıqdan sonra baxacağıq.

- "Qarabağ"dan təklif gözləyirsən?

Heç bir təklif yoxdur. Zaman hər şeyi göstərəcək. Müqaviləm yayda başa çatacaq. Gözləyirəm.  

Mirbağırağa
 

Xəbər xətti