"Komandamız mövsümə çox yaxşı start verib. Həm heyət, həm də oyun baxımından yaxşıyıq. Düzdür, bir ara problem yaşadıq, xallar itirdik. O da normaldır da, futbolda daim eyni tempdə irəliləmək olmur. Bu gün "Qəbələ"yə qarşı çox vacib oyuna çıxacağıq. Həmin matçda 100 faiz gücümüzü meydanda qoyacağıq. Bizim oynadığımız meydança ilə Qəbələdəki meydança arasında böyük fərq var. Bu mənada, rahat olacağıq. Səfərdə qlaib gəlmək istəyirik. Proqnoz vermək də çətindir. Hər iki komanda qalib gəlmək istəyir, Allah qoysa qələbə bizim olar".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan"ın müdafiəçii Peyman Keşavarz deyib.O, bu gün Birinci Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri matç haqda fikirlərini bildirib. Bununla yanaşı, Keşarz komandasının Premyer Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:
"Karvan"ın Premyer Liqaya yüksəlmək şansı böyükdür. Bu komandanın yüksək liqaya vəsiqə qazanmasına çox sevinərəm. Çünki azarkeşlərimizə hədiyyə etmiş olarıq. Yenidən "Karvan"ı Premyer Liqada görmək onları da sevindirəcək. Doğrudur, Premyer Liqada hər şey önəmlidir, stadion birinci yerdədir. Hər şeyi qaydasına salmaq olar. Yaxşı stadionumuz var. Ümidvaram ki, mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanacağıq və azarkeşlərimizi sevindirəcəyik".
saytlarin hazirlanmasi