"Sumqayıt"ın futbolçusu Tresor Mossi Azərbaycan Premyer Liqasında yarışan bir neçə komandanın transfer siyahısındadır.
Sportal.az saytına verilən məlumata görə, Burundidən olan yarımmüdafiəçi istəyən klublar arasında “Neftçi” və “Araz-Naxçıvan” da var.
Məlumata görə, “Neftçi”nin baş məşqçisi Samir Abasov sabiq futbolçusunun xidmətində maraqlıdır. Naxçıvan təmsilçisi də yeni sezon üçün Mossini heyətinə qatmaq barədə götür-qoy edir.
23 yaşlı yarımmüdafiəçinin “Sumqayıt”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü ildə avqustun 3-də “kimyaçılar”la müqavilə imzalamışdı. Mossi karyerası ərzində “Ayql Noyr”(Burundi), “Vesterlo”(Belçika), “Keryenq”(Lüksemburq” komandalarında oynamışdı.