"Arsenal" "Bavariya"nın futbolçusu ilə danışıqlara başladı

16:34 - 28 Fevral 2025

"Bavariya"nın yeni müqavilə təklifini qəbul etməyən Yozua Kimmix karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" alman yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Kimmixin "Bavariya" ilə sözləşməsi mövsümün sonunda başa çatır. "Arsenal" yayda azad agent statusunda olacaq 30 yaşlı orta xətt oyunçusu ilə danışıqlara başlayıb. Londonlular təcrübəli futbolçunun müqaviləsinin başa çatmasından yararlanaraq onu pulsuz rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, Yozua Kimmix 2015-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti