Futbol üzrə Azərbaycan 1-ci Liqasında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Qəbələ" doğma meydanda "Karvan"ı qəbul edib. Qarşılaşma "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Qəbələ" liderliyini davam etdirir. 30 xalı olan "Karvan" isə 3-cü yerdədir.
"Qəbələ" - "Karvan" 2:0
Qollar: D.Massumo, 54, A.Şuaybu, 84