"Çelsi"nin qolkiper planı

23:28 - 28 Fevral 2025

"Çelsi" artıq yeni mövsüm üçün yay transfer pəncərəsində mövqelərini gücləndirmək üçün hazırlıqlara başlayıb.

Sportal.az xəbər verir ki, "Daily Mail"in yaydığı məlumatda "Çelsi" yaxınlaşan yay transfer pəncərəsində yeni qapıçı almağı planlaşdırmır. Klub rəhbərliyi hazırkı qapıçıları- Filip Yorqensen, Mayk Penders, Robert Sançes və Corce Petroviçə güvənir. Onlar əsas heyətdə yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, keçən ilin iyul ayında "Çelsi" 22 yaşlı "Vilyarreal" qapıçısı Filip Yorqenseni transfer etməkdə maraqlı idi və onun üçün 17 milyon funt sterlinq təklif etmişdi.

Xəbər xətti