Bölgə klubu oyuna gəlmədi: AFFA qərar verəcək

15:10 - 28 Fevral 2025

II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.

Sportal.az xəbər verir ki, buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. 

Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadion olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib.

Xəbər xətti