Bölgə klubu stadionu qardan təmizləmədi: AFFA qərar verəcək

16:45 - 1 Mart 2025

Bu gün II Liqanın XIV turu çərçivəsində keçirilməli  olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayacaq.

Sportal.az xəbər verir ki, buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır.

14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar. Peşəkar Futbol Liqası tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib.

Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Xəbər xətti