İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Korintians"da çıxış edən Dennerin keçidini həll edib. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
"Çelsi" 17 yaşlı son cinah müdafiəçisi üçün Braziliya klubuna 15 milyon avro təzminat ödəyəcək. Gənc futbolçu 2026-cı ilin yayında 18 yaşı tamam olduqdan sonra London təmsilçisinə qoşulacaq.
Qeyd edək ki, Denner "Korintians"ın yetirməsidir. İstedadlı oyunçu 2024-cü ilin yayından A Seriyası təmsilçisinin U-20 komandasında çıxış edir.
saytlarin hazirlanmasi