Sabiq "Qarabağ"lı: "Azərbaycanda oynamaq super idi"

16:15 - 1 Mart 2025

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, championat.com saytına danışan hazırda "Dinamo"da çıxış edən rus qolkiper Azərbaycandakı karyerasının yaxşı keçdiyini bildirib:

"Azərbaycanda oynamaq super idi, hər cəhətdən. Həm avrokuboklarda, həm də yerli çempionatda uğurlu mövsüm keçirdik. Həmçinin, ölkə kubokunu qazandıq. Daha da yaxşısını edə bilərdik".

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib. 33 yaşlı qapıçı Ağdam təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti