"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın hücumçusu Mahir Emreli haqda danışıb.
Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis iki oyundan sonra meydana çıxan azərbaycanlı forvardda inkişaf gördüyünü bildirib:
"Onsuz da Mahirə qarşı kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük".
saytlarin hazirlanmasi