"Barselona" 4 cavabsız qolla qalib gəldi - VİDEO

21:50 - 2 Mart 2025

İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Barselona" öz meydanında "Real Sosyedad"ı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 57-yə yüksəldən "Barselona" liderliyini davam etdirir.34 xalı olan "Real Sosyedad" isə 9-cu yerdədir.

"Barselona" - "Real Sosyedad" 4:0
Qollar:
Jerar Martin, 25, Mark Kasado, 29, Ronald Arauxo, 56, Robert Levandovski, 60
Qırmızı vərəqə: Arits Elustondo, 17

Xəbər xətti