"Ayntraxt" Premyer Liqa klublarından 60 milyon avro tələb edir

17:50 - 2 Mart 2025

"Ayantarxt"ın yarımmüdafiəçisi Huqo Larsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" və "Liverpul" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Ayntraxt" Larssonu satmağın əleyhinə deyil. Almaniya klubu 20 yaşlı mərkəz yarımmüdafiəçisi üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Ayntraxt" Huqo Larssonu 2023-cü ilin yayında "Malmö"dən transfer edib. İsveç millisinin üzvü olan gənc oyunçu bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti