"Meydana çıxdığımız hər görüşdə ən yaxşısını etməyə çalışırıq. "Qarabağ"la kubok matçında da bunu etdik. Təbii ki, cavab görüşündə də nəticə o qədər vacib deyildi. Vacib olan bizim necə oynamağımız və taktikanın onlara qarşı necə işlədiyini görmək idi. Yaxşı mübarizə apardıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in futbolçusu Suleyman Alluş deyib. Paytaxt təmsilçisinin niderlandlı yarımmüdafiəçisi komandasının Premyer Liqada qalmaq uğrunda mübarizəsindən bəhs edib. Bununla yanaşı, Misli Premyer Liqasının 25-ci turunun "Şamaxı"ya qarşı keçirəcəyi matçdan gözləntilərini bölüşüb:
"Ola bilər ki, komanda turnir cədvəlində sonuncu pillədədir. Lakin komandada atmosfer yaxşıdır. Biz sonuncu yerdəyik. Amma hamı bilir ki, biz sonuncu pillədə yer alacaq komanda deyilik. Üst pillələrdə olmalıyıq. Çünki yaxşı komandamız var. Ümidvaram ki, bunu edəcəyik. İnanıram ki, Premyer Liqada qalacağıq. Əgər birlikdə mübarizə aparsaq, hər şey mümkündür. Qarşıda turlar var, hər birinə son oyun kimi çıxacağıq. Növbəti matçımız "Şamaxı"ya qarşıdır. Biz hər oyunda qalib gəlmək istəyirik. Əlavə güc sərf etməliyik. Çünki heç bir komandaya qalib gəlmək asan deyil. Fikrimcə, hazırki ab-havamızla qarşıdakı görüşdə qalib gələ bilərik. “Şamaxı” da yaxşı komandadır. Ancaq mən qələbə qazanacağımıza inanıram".
Qeyd edək ki, "Səbail" hazırda 18 xalla sonuncu pillədədir.
Mirbağırağa
saytlarin hazirlanmasi