Luis Enrike "Liverpul"la oyundan öncə iddialı danışdı: "Hücum edəcəyik"

21:21 - 2 Mart 2025

PSJ Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Liverpul"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qarşılaşmadan öncə açıqlama verib. İspan mütəxəssis Fransa çempionatın 24-cü turunun "Lill"lə matçından (4:1) sonra iddialı danışıb. O, "Liverpul"a qarşı hücum futbolu oynayacaqlarını bildirib:

"Liverpul"la görüşdən öncə "Lill" matçı bizim üçün test idi. Çox dəyişiklik etməyəcəyik. "Lill"lə "Liverpul"un oxşar cəhətləri var. Müdafiə olunmaq bizlik deyil, hücum edəcəyik. "Liverpul"u yaxşı tanıyıram".

Qeyd edək ki, PSJ - "Liverpul" qarşılaşması 5 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti