Azərbaycan boksçuları Bolqarıstan turnirini 4 medalla başa vurdular

11:49 - 3 Mart 2025

Azərbaycan millisinin boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində 2 gümüş və 2 bürünc medal qazanıblar.

Sportal.az xəbər verir ki, komandamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.

Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Xəbər xətti