AFFA "Neftçi"nin hücumçusunu cəzalandırdı, klubu cərimələdi

14:18 - 3 Mart 2025

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin (maddə 37);

28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 43.7);

28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

Xəbər xətti