"Qarabağ" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. "Sumqayıt"a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm.
- İndidən növbəti mövsümü düşünürsüz?
- Hələ çempionat davam edir. Futbolçular çox istəkli çalışırlar, hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur.
- Rəhbərliyiniz altında oynamış futbolçular baş məşqçi kimi sizə rəqib olanda hansı hissləri keçirirsiniz?
- Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi